Qobustan seçiciləri İlham Əliyevi dəsəkləyirlər FOTO

Qobustan seçiciləri İlham Əliyevi dəsəkləyirlər FOTO

Qobustan rayonunda 16 sentyabrdan başlamış təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası rayonda böyük ruh yüksəkliyi şəraitində keçirilir. Seçicilərlə növbəti görüş Təklə kəndində keçirilmişdir. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev bildirdi ki, qobustanlılar bu görüşlərdə böyük həvəslə iştirak edirlər. Bu, dövlət başçısı İlham Əliyevin şəxsiyyətinə olan yüksək ictimai münasibətdən qaynaqlanır".

Prezidentin yorulmaz fəaliyyəti, insanlarla səmimiyyəti və gördüyü işlərlə hər bir vətəndaşın sevgisini qazandığını söyləyən F.Güləliyev son 10 ildə ölkəmizdə və Qobustan rayonunda qazanılan uğurları sadalayaraq iqtisadi, siyasi və digər sahələrdə əldə olunan nailiyyətlərin davam etməsi üçün ölkə başçısı İlham Əliyevin yenidən prezident seçilməsinin vacibliyini vurğulayıb: "Azərbaycan 9 oktyabrda tarixinin daha bir önəmli gününü yaşayacaq və biz qobustanlılar, hamılıqla Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə səs verəcəyik. Çünki, məhz İlham Əliyevi seçməklə öz gələcəyimizə, firavan, xoşbəxt sabahlara səs vermiş olacağıq".

Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə də seçicilər qarşısında çıxış edərək vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində paytaxtla bölgələr arasında fərq minimuma endirilib. Rayonlarımızın sosial-iqtisadi inkişafı hər kəsdə qürur hissi yaradır. Cənab İlham Əliyev bütün sahələrlə yanaşı, infrastukturun yenilənməsinə xüsusi diqqət yetirir. Yeni yollar çəkilir, yeraltı keçidlər tikilir, sakinlərin rahat gediş-gəlişi təmin edilir. Qısa müddətdə paytaxtdan uzaqlaşırsan və qayıtdıqda böyük inkişafın, yeniliyin şahidi olursan. Məhz ona görə də belə sürətli inkişafa səs vermək gərəkdir. Dövlət başçısı İlham Əliyev daima bildirir ki, həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Atılan addımlara, görülən işlərə diqqət yetirsək, bu reallığı aydın şəkildə görə bilərik. Ona görə də gerçəklikləri düzgün dəyərləndirərək İlham Əliyevin yürütdüyü siyasətə səs verməliyik".

Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri Həmzağa Orucov kənd sakinlərini, seçiciləri səmimiyyətlə salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə rəqib ola biləcək heç bir alternativ namizəd yoxdur. Çünki onun apardığı uğurlu siyasət Azərbaycanın hazırkı müasirliyinin, gücünün və qüdrətinin bariz göstəricisidir: "Bu gün Ulu Öndər Heydər Əliyev məktəbindən dərs alan, onun yolunu davam etdirən cənab İlham Əliyev hər addımında bu siyasətə sadiq olduğunu nümayiş etdirir. Demək olar ki, hər gün Azərbaycanın həyatında mühüm hadisə ilə yadda qalır. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan, hətta deyərdim ki, dünyanın mərkəzi olub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əvvəlki illərdə ölkə reallıqlarını təbliğ etmək üçün bu və ya digər ölkəyə səfər etməyə böyük zərurət duyulurdusa, bu gün artıq Azərbaycan gündəlik təqdimatlarını edir.Təbii ki, bütün bunların reallaşması xalqın daha yaxşı həyat sürməsinə doğru atılmış uğurlu addımların məntiqi nəticəsidir. 9 oktyabrda Azərbaycan xalqı bir daha öz seçimini edərək, YAP-ın namizədinə səs verəcək və bununla da Azərbaycanın inkişafına, tərəqqisinə töhfəsini vermiş olacaq".

Kənd sakinləri Gülməmməd Məmmədov, Şıxbala Bayramov, Əlbala Zərbaliyev və başqaları öz çıxışlarında rayonda və kəndlərdə görülən geniş abadlıq - quruculuq işlərindən, insanların sağlamlığı və asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitdən razı qaldıqlarını və dövlət başçısı İlham Əliyevi növbəti 5 ildə də prezident kürsüsündə görmək arzusunda olduqlarını söyləyib.

Çıxışçılar bir mənalı şəkildə dövlətimizin gələcək taleyini cənab İlham Əliyevə etibar etdiklərini bildirərək qeyd ediblər ki, İlham Əliyevin həyata keçirdiyi siyasət insanların rahatlığının, rifahının qorunmasına, sabitliyə, əmin-amanlığa xidmət edir: "Bu gün Azərbaycan xalqının, o cümlədən qobustanlıların fikiri, rəyi bəllidir - xalqımız birmənalı olaraq cənab İlham Əliyevi dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə