"MSK Cəmil Həsənlini məsuliyyətə cəlb etməlidir" Münasibət

"MSK Cəmil Həsənlini məsuliyyətə cəlb etməlidir" Münasibət

"Prezidentliyə namizədlərin dünənki teledebatda yaratdığı gərginlik ölkə ictimaiyyətində böyük narahatlıq yaratdı". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə prezidentliyə namizədlərin debatdakı davasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, prezidentliyə namizəd Cəmil Həsənlinin dünənki hərəkəti böyük təəccüb doğurur: "Cəmil Həsənli toxunulmazlıq statusundan istifadə edərək dünən Seçki Məcəlləsinin müddəalarını kobud surətdə pozub, süni gərginlik yaratmağa çalışıb, digər namizədlərin şəxsiyyətinə toxunub, reqlamenti dəfələrlə pozub. Onun hərəkətləri dəyirmi masanın müəyyən müddətə işinin pozulmasına gətirib çıxarıb. Ona görə də hesab edirəm ki, MSK Cəmil Həsənlinin prezidentliyə namizədə uyğun olmayan davranışlarını müzakirə edərək onun barəsində tədbir görməlidir. Cəmil Həsənlinin digər namizədlərin də qatıldığı dəyirmi masada bu cür süni gərginlik yaradan hərəkətlərə yol verməsi kobud qanun pozuntusudur. Cəmil Həsənli prezidentliyə namizəd olduğundan, onu zor tətbiq etməklə studiyadan çıxartmaq olmazdı, amma namizəd olduğuna görə istədiyi hərəkəti etməsinə də heç bir halda haqq qazandırıla bilməz. Odur ki, MSK buna ciddi reaksiya verərək onu məsuliyyətə cəlb etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə