“Daha yeni, daha güclü və daha qüdrətli Azərbaycan uğrunda!”

“Daha yeni, daha güclü və daha qüdrətli Azərbaycan uğrunda!”

Sentyabırn 16-da Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin plakatlarının namizədlər üçün ayrılmış xüsusi löhvələrə yapışdırılması aksiyası ilə təşviqat kampaniyasına start verib. Aksiya rayon ərazisində fəaliyyət göstərən, eyni zamanda 55 və 56 saylı dairələri əhatə edən 81 məntəqədə keçirilib. Aksiyaya YAP Xaçmaz rayon təşkilatının fəalları qoşulub.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası avanqard qüvvə kimi daim öndə gedən, qələbələrə imza atan, eləcə də xalqın dəstəyini qazanan partiyadır: "Məhz bu səbəbdən partiyanın namizədi Cənab İlham Əliyev hər zaman xalqın rifahı naminə əzmlə çalışıb, bütün dünyaya səs salan nailiyyətləri ilə ölkəmizin adını uca tutub: "Təbii ki, bu seçkilərdə də Cənab İlham Əliyev alternativsiz lider kimi tarixi qələbəyə imza atacaq. Çünki bu gün sağlam düşüncəli hər bir azərbaycanlı öz sevimli Prezidentinin ətrafında sıx birləşi. Bu hər zaman belə olub, bu dəfə də belə olacaq. İlham Əliyev xalqın namizədi, qələbələrə və uğurlara layiq şəxsiyyət kimi növbəti beş ildə də ölkə rəhbəri seçiləcək. Biz Xaçmazlılar da bu faktora inanırıq. Məhz bu reallığı, əldə ediləcək bu uğuru qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Daha yeni, daha güclü və daha qüdrətli Azərbaycan uğrunda!".

Bütün xəbərlər Facebook səhifəmizdə