Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Nəsimi rayonu üzrə Seçki Qərargahı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq sentyabrın 16-dan Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verib.
Qeyd edək ki, Nəsimi rayonu üzrə 3 seçki dairəsi və dairələr üzrə 78 seçki məntəqəsi fəaliyyət göstərir. Partiyanın rayon təşkilatının Gənclər Birliyinin fəallarından təşkil olunmuş qruplar rayonun məntəqələrinin sayına uyğun olaraq 78 seçki məntəqəsinin ərazisində qurulmuş Təşviqat lövhələrinə prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış İlham Əliyevin şəkli əks olunmuş plakatları vurulub. Hər dairəyə YAP Nəsimi rayon təşkilatından 10 nəfər fəal gənc ayrılıb. Gənclərin ümumilikdə say tərkibi isə 30 nəfər olub.
Qeyd edək ki, bu gündən başlayaraq rayon seçiciləri ilə mütəmadi görüşlər keçiriləcək.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB