Prezidentliyə namizədlərin pulsuz efir vaxtının bölgüsü müəyyənləşib
Bu gün Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə namizədliyi qeydə alınan namizədlər arasında efir vaxtnı müəyyənləşdirmək üçün püşkatma keçirilib. SİA-nın xəbərinə görə, püşkatmanın nəticələrinə əsasən namizədlər aşağıdakı ardıcıllıqla çıxış edəcəklər.
1. Milli Məclisin deputatı Zahid Oruc
2. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev
3. Ümid Partiyasının sədri İqbal Ağazadə,
4. Ədalət Partiyasının sədri İlyas İsmayılov
5. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
6. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev
7. Azərbaycan Demokrat Partiyasının Sərdar Cəlaloğludur
8. Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə
9. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev
10. "Milli Şura"nın namizədi Cəmil Həsənli
Qeyd edək ki, hər bir qeydə alınmış namizədə həftədə 3 saat İctimai Televizyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla vaxtın ayrılması nəzərdə tutulur. Televizyada pulsuz efir vaxtının namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur. Pulsuz efir vaxtı zamanı dəyirmi masalar formasında müzakirələr aparılacaq. Televizyada pulsuz efir vaxtından saat 19:00-dan 20:00-a, radioda isə saat 21:00-dan 22:00-a qədər istifadə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB