Mərkəzi Seçki Komissiyası Azərbaycan Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini qeydə alıb. SİA-nın məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.
MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov namizədin təqdim etdiyi imza vərəqələri haqqında məlumat verərək bildirib kİ, S.Cəlaloğlu MSK-ya 42 728 imza nümunəsi təqdim edib, bunlardan 40 178-i etibarlı hesab edilib.
MSK-nın katibi Arifə Muxtarova isə bildirib ki, Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini təsdiq olunması üçün təqdim olunan sənədlər yoxlanılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Daha sonra MSK üzvləri açıq səsvermə ilə Sərdar Cəlaloğlunun prezidentiyə namizədliyini qeydə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB