Prezidentliyə namizədlərin pulsuz efir vaxtı üçün püşkatma sentyabrın 16-da keçiriləcək
"Prezidentliyə namizədliyi qeydə alınanların pulsuz efir vaxtı ilə təmin olunması üçün püşkatma keçiriləcək". SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, sentyabrın 16-da MSK-da keçiriləcək püşkatmanın nəticəsinə əsasən, namizədliyi qeydə alınanlar üçün pulsuz efir vaxtı ayrılacaq.
Efir vaxtı İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV) tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB