Mərkəzi Seçki Komissiyası Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin namizədliyini qeydə almayıb. SİA-nın məlumatına görə bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib.
MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov deyib ki, F.Əliyev MSK-ya 44 286 imza təqdim edib. Onlardan 8 186-sı doğru olmadığından, yoxlama prosesi dayandırılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, F. Əliyev 40 000-lik imza baryerini keçə bilməyib. Belə olan halda, qanunvericiliyə əsasən onun namizədliyinin qeydə alınması mümkünsüz hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB