Prezidentliyə namizədliyi təsdiq olunmuş 10 namizəd qeydiyyatdan keçmək üçün imza vərəqələrini MSK-ya təqdim edib. SİA-nın məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
İclasda çıxış edən MSK-nın işçi qrupunun sədri İlham Məmmədov bildirib ki, bəzi namizədlərin imza vərəqələrinin yoxlanması prosesi davam etdirilir: "İmza vərəqələrini sentyabrın 8-də təqdim edən namizədlərin sənədlərinin yoxlanılması prosesi sentyabrın 12-dək yekunlaşdırılacaq. Artıq Fuad Əliyev, Qüdrət Həsənquliyev və Hafiz Hacıyevin sənədlərinin yoxlanması başa çatmaq üzrədir. Digər prezidentliyə namizədliyi təsdiq olunmuş namizəd Araz Əlizadənin də sənədlərinin yoxlanması yekunlaşmaq üzrədir. Hesab edirəm ki, adıçəkilən namizədlərin sənədlərinin yoxlanılma prosesi iki gün ərzində başa çatacaq".
Bundan başqa iclasda M. Pənahov bildirib ki, prezident seçkilərində müşahidəçi qismində iştirak etmək istəyənlərin sayı durmadan artır: "Beynəlxalq müşahidəçilər də daxil olmaqla, ölkə üzrə müşahidəçilik üçün 1886, dairələr üzrə müşahidəçilik üçün isə 5704 müraciət daxil olub. Müraciətlərin hər birinə müsbət cavab verilib".
MSK sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum Ədliyyə Nazirliyi ilə birlikdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində prezident seçkisi ilə bağlı tədbir keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB