"Mərkəzi Seçki Komissiyasının imza vərəqələrinin yoxlanılması prosesində şəffaflığı təmin etmədiyinə dair bəzi qurumların mövqeyi qərəzdən başqa heç nə deyil". SİA-nın məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, imza vərəqələrinin yoxlanılması prosesində istənilən beynəlxalq təşkilatın, mediya orqanının nümayəndələri iştirak edə bilər: "MSK-nın mövqei ondan ibarətdir ki, namizədlikləri təsdiq olunanların sənədləri tez bir zamanda yoxlanılsın. Biz prosesin uzadılmasında maraqlı deyilik. Bizim marağımız ondan ibarətdir ki, namizədliyini irəli sürənləri qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydə alaq".
MSK sədri mətbuat nümayəndələrinə müraciət edərək bildirib ki, bu fikirlər ictimaiyyətə çatdırılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB