Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının inzibati binası istifadəyə verilib

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının inzibati binası istifadəyə verilib

Prezident İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, inzibati bina 7 otaqdan və akt zalından ibarətdir. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanıb.

Qeyd edildi ki, 50 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə