İlham Əliyev Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun tikinti işlərinin gedişini, eləcə də texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il sentyabrın 28-də imzaladığı Sərəncamla Prezidentin Ehtiyat Fondundan Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun inşasına ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Yolun tikintisinə 2012-ci ilin oktyabrında başlanıb. Ümumi uzunluğu 34 kilometr olan yolun eni 8 metrdir. Dördüncü texniki dərəcəyə aid olan yolun inşası zamanı kommunikasiya məsələlərinə də xüsusi diqqət yetirilib, 33 su ötürücüsü tikilib.
Qeyd edildi ki, mövcud yol bir neçə yerdə sürüşmə zonasına düşdüyü üçün hündürlüyü 2-3 metrlik yamaclar kəsilib, sürüşmə zonasından 10 metr kənarlaşdırılıb. Yol 25 yaşayış məntəqəsini birləşdirir. Bu yolun istifadəyə verilməsi 50 mindən çox əhaliyə müasir səviyyəli nəqliyyat infrastrukturundan yararlanmağa imkan verəcək.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB