Bu gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda ilk olaraq 31 avqust 2013-cü il tarixli iclasın protokolu təsdiqlənib.
Sonra İqbal Ağazadənin Azərbaycan Respublikası Prezidentliyinə Ümid Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
MSK-nın katibi Arifə Muxtarova bildirib ki, namizədin müdafiəsi üçün təqdim olunmuş imza vərəqələri yoxlanılıb və işçi qrupu namizədin qeydə alınması üçün müsbət rəy verib.
Qərar açıq səsvermə ilə təsdiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB