Prezident seçkilərində müşahidə aparmaq üçün MSK-ya 356 müraciət daxil olub

Prezident seçkilərində müşahidə aparmaq üçün MSK-ya 356 müraciət daxil olub

Bu günə kimi Azərbaycanda prezident seçkilərində müşahidə aparmaq üçün MSK-ya 356 müraciət daxil olub. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının növbbəti iclasında Komissiya sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, bunlardan 288 nəfəri dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Həmçinin iclasda MSK-nın iclasında səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirilişlərin mətni, forması, sayı və hazırlanması da təsdiq olunub.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Mətbuat qrupunun yeni tərkibində formalaşdırılması barədə" Azərbaycan Respublikası MSK-nın 4 sentyabr 2008-ci il tarixli 17,85 saylı Qərarına dəyişikliklər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə