Cəmil Həsəlinin prezidentliyə namizədliyi təsdiqlənib

Cəmil Həsəlinin prezidentliyə namizədliyi təsdiqlənib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Cəmil Poladxan oğlu Həsənlinin Azərbaycan Respublikası Prezidentliyinə "Demokratik Qüvvələrin Milli Şurası" seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş namizədliyi təsdiqlənib. SİA-nın xəbərinə görə bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, namizədliyinin təsdiq olunması ilə bağlı Cəmil Həsənlinin MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu qənaətinə gəlinib.

Həmçinin iclasda Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

İclasda həmçinin 27 avqust 2013-cü il tarixli iclasın protokolu da təsdiq edilib.

Qeyd edək ki, bununla da prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 18-ə çatıb.

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə