Prezident İlham Əliyev bu gün Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ğəssan Abdulbari Al-Zəvavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini deyən prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd edib.
Ölkə rəhbəri Azərbaycanla Küveyt arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin iqtisadi sahədə, o cümlədən sərmayə qoyuluşu, birgə layihələr, turizm və digər istiqamətlərdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib. İkitərəfli münasibətlərin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən prezident əlaqələrin gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Səfir Ğəssan Abdulbari Al-Zəvavi Azərbaycanla Küveyt arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. O, ölkələr arasında ikitərəfli əlaqələrin bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB