Koray Tarqay: “Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir”
"ATƏT yardımçılıq fəaliyyətini Azərbaycanın dövlət qurumları ilə birgə həyata keçirir". SİA-nın məlumatına görə, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 peşəkar müşahidəçisi Azərbaycandakı prezident seçkiləri prosesini izləyəcək.
ATƏT rəsmisi qeyd edib ki, uğurla inkişaf edən Azərbaycanın qarşısında daha çox vəzifələr durur.
K.Tarqay vurğulayıb ki, Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir və prezident seçkiləri bu prosesin uğurla aparılmasına bir sübut olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB