Aydın Mirzəzadə: “Prezidentliyə namizəd ikili vətəndaşlığa malik ola bilməz”

Aydın Mirzəzadə: “Prezidentliyə namizəd ikili vətəndaşlığa malik ola bilməz”

"Bu gün radikal siyasi müxalifətin yaratdığı "Milli Şuranın" prezidentliyə birinci vahid namizədinin ərizəsi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. Heç bir şübhəm yoxdur ki, MSK bütün namizədlərə olduğu kimi, onun da ərizəsinə hüququ baxımdan yanaşacaq". SİA-nın məlumatına görə, bu haqda millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə məlumat paylaşıb.

Parlament üzvünün sözlərinə görə, siyasətlə məşğul olanlara məlumdur ki, Rüstəm İbrahimbəyov Azərbaycanla yanaşı Rusiyanın da vətəndaşıdır: "Azərbaycan Respublikasının Konstitusiyasının 100-cü maddəsinə əsasən prezidentliyə namizəd ikili vətəndaşlığa malik ola bilməz. Bildirilir ki, İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün rəsmi surətdə müraciət edib. Ancaq indiyə qədər bu prosesin həllindən xəbər yoxdur və mümkündür ki, MSK bu səbəbdən onun namizədliyini qeydiyyata almasın. Belə olan təqdirdə sual olunur. Əgər MSK Rüstəm İbrahimbəyovun namizədliyi qeydiyyata almasa, o, Rusiya vətəndaşlığından çıxma prosesini davam etdirəcək, yoxsa ərizəsini geri götürəcək?"

Bütün xəbərlər Facebook səhifəmizdə