Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa prezidentliyə namizəd olmayacağını açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə Fazil Mustafa öz "facebook" səhifəsində bildiriş yerləşdirib.
Bildirişdə deyilir: "Builki prezident seçkilərində iştirakla bağlı Böyük Quruluş Partiyası Ali Məclisinin qərarı olub. Namizədliyimizin irəli sürülüb-sürülməyəcəyi ilə bağlı cəmiyyətdən vaxtaşırı suallar da ünvanlanırdı. Partiya rəhbərliyində ciddi müzakirələrdən sonra namizədliyimi irəli sürməmək barədə qərara gəldim. Partiya üzvlərimiz seçkidə qeydiyyatdan keçmiş namizədlərdən hər hansı birini dəstəkləməkdə sərbəst olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB