Putinə maraqlı təklif edildi

Səudiyyə Ərəbistanının şahzadəsi Bandar bin Sultan Rusiya prezidenti Putinə maraqlı təklif edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, şahzadə deyib ki, Putin Bəşər Əsədi dəstəkləməyəcəyi təqdirdə, Səudiyyə Ərəbistanı Rusiyadan 15 milyard dollarlıq silah alacaq.

Amma "Reuters" Xəbər Agentliyinin Qərb diplomatlarına istinadən verdiyi məlumatda isə qeyd olunur ki, Səudiyyə Ərəbistanı rəhbərliyi Suriya lideri Bəşər Əsədi devirmək üçün Rusiyaya etdiyi təzyiqi artırıb.

Agentliyin iddiasına görə, şahzadə Rusiyaya bundan başqa da bir neçə təklif verib.

Bütün xəbərlər Facebook səhifəmizdə