Azərbaycanın Braziliyadakı səfiri Braziliya Diplomatlar Assosiasiyası tərəfindən nəşr olunmuş jurnala müsahibə verib

Azərbaycanın Braziliyadakı səfiri Braziliya Diplomatlar Assosiasiyası tərəfindən nəşr olunmuş jurnala müsahibə verib

Azərbaycanın Braziliya Federativ Respublikasındakı Səfirliyindən verilmiş məlumata əsasən Braziliya Diplomatlar Assosiasiyası tərəfindən nəşr olunmuş jurnalda Azərbaycan Respublikasının Braziliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Elnur Sultanov ilə müsahibə dərc olunub. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsahibənin giriş hissəsində ölkəmizin coğrafi mövqeyi, o cümlədən Avropa və Asiya qitələrinin kəsişdiyi məkanda yerləşdiyi, qədim insan məskənlərindən biri olduğu bildirilir və Azərbaycanın dünyada ən qədim neft istehsalçı ölkələrdən biri olduğuna dair məlumat verilir.

Müsahibədə zamanı sualları cavablandıran səfir E.Sultanov Azərbaycanın siyasi və iqtisadi inkişafı barədə məlumat verir, bu il Azərbaycan-Braziliya diplomatik əlaqələrin iyirmi illiyin tamam olduğunu qeyd edərək iki ölkə arasındakı əməkdaşlığın hazırkı durumu, son vaxtlar baş tutmuş qarşılıqlı səfərlər və ikitərəfli görüşlərdən söz açır və əlaqələrin gələcək perspektivlərinə toxunur.

Müsahibə ilə jurnalın aşağıdakı internet səhifəsində tanış olmaq olar:

http://www.adb.org.br/boletim/ADB-81.pdf

Bütün xəbərlər Facebook səhifəmizdə