Ramiz Rzayev: "İlham Əliyev xalqın nəzərində alternativsiz namizəddir"
"Bu gün Azərbaycan xalqı tarixi, ciddi siyasi hadisələr ərəfəsindədir. Hər bir Azərbaycan vətəndaşı tarixi seçimini etməlidir". SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda "Seçki hüquqlarının məhkəmə müdafiəsi, mübahisələrin məhkəmə aidiyyatı. Bu sahədə məhkəmə təcrübəsi" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu siyasi hadisə ilə Azərbaycan xalqı gələcəyini müəyyənləşdirəcək: "Hər bir azərbaycanlı gələcəyini, tarixini düşünərək, seçimini etməli, bununla da Azərbaycanın gələcək inkişafına öz töhfəsini verməlidir".
R.Rzayev bildirib ki, Prezident İlham Əliyevin qəbul etdiyi fundamental qərarları, sırf əməli fəaliyyəti onun Azərbaycan xalqının nəzərində alternativsiz namizəd kimi formalaşdırıb: "Prezident İlham Əliyevin daim xalqın, dövlətin maraqlarından çıxış etməsi, Azərbaycan xalqının qarşısında gördüyü işlər onu alternativsiz lider kimi dəyərləndirməyə imkan verir. Siyasi iradə və qətiyyət, mütərəqqi islahatlar siyasi lider kimi İlham Əliyevi şərtləndirən amillərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB