Səfir: “Sərhədlərin delimitasiyası üzrə işlər 2014-cü ildə yekunlaşacaq”

Səfir: “Sərhədlərin delimitasiyası üzrə işlər 2014-cü ildə yekunlaşacaq”

"Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə işlər 2014-cü ildə yekunlaşacaq". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında jurnalitlərə açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Səfirin sözlərinə görə, yaxın günlərdə Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə komissiyanın iş qrafiki və planı təsdiqlənəcək: "Komissiyanın növbəti iclasının sentyabr və ya oktyabr ayında keçirilməsi nəzərdə tutulur. Bu il Bakıda Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasının keçirilməsi planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə