Mətbuatımızın 138 illiyi qeyd olundu

Mətbuatımızın 138 illiyi qeyd olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 138-ci ildönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, ölkənin aparıcı qəzetlərinin baş redaktorları və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan jurnalistikasına dövlət qayğısından danışıb. Bildirib ki, bu gün Prezident İlham Əliyev 156 jurnalisti evlə təmin edib. Qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan jurnalistlər üçün yeni yaşayış binası iki ildən sonra istifadəyə veriləcək və bu binada qəzet, televiziya və digər redaksiyaların heyətlərində çalışan jurnalistlərə ev veriləcək.

Daha sonra Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan şəxslər ali mükafatlara layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə