Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikanın Kralı Əlahəzrət Filippəni taxta çıxması münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir:
Əlahəzrət,
Taxta çıxmağınız münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan ilə Belçika arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Belçika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB