Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümü münasibətilə millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə jurnalistləri özünəməxsus təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə bildirilir ki, fədakar Azərbaycan oğlu Həsən bəy Zərdabi təməli qoyulan bu yol bu gün də jurnalistlər tərəfindən şərəflə addımlanır.
Deputat bildirib ki, gündəlik dünyada və ölkəmizdə baş verən hadisələri peşəkar formada oxuculara çatdırmaq, prosesləri ciddi analiz etmək jurnalistlərin yüksək sənətkarlığının göstəricisi sayılır: "Jurnalistlərimiz mətbuatın bütün sahələrində özlərini uğurla sınaya biliblər. Bu gün xarici mətbuat sizlərin xəbərlərinə tez-tez müraciət edirlər. Tariximiz, bu günümüzlə bağlı olan informasiyalar və analitik yazılarla, məhz siz jurnalistlərin qələmi ilə dünya xalqları Azərbaycanı dərindən tanıyırlar. Cəmiyyət arasında sayılıb seçilən, gələcək nəsillərə nümunə olacaq mətbuat işçilərimizin sayı durmadan artır. Bütün bunlarla yanaşı, bu gün əsas diqqəti çəkən məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuatın inkişafına diqqət və qayğısıdır. Bu gün ilk dəfə olaraq cənab Prezidentin təşəbbüsü ilə dövlət hesabına tikilən mənzillər jurnalistlərə təhvil veriləcək. Düşünürəm və əminəm ki, ikinci binanın da tikilməsi barədə yayılan xəbər mətbuat işçilərinə böyük dayaq olacaq, onların gələcək fəaliyyətinə ciddi stimul verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB