Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin III Oğuz turunun iştirakçıları bu gün paytaxt Bakıya qayıdıblar. Turun sonunda xatirə şəkli çəkdirən gənc siyasətçilər SİA-ya layihə ilə bağlı fikir bildirərkən "Yay məktəbi"nin gənclər üçün bilik, təcrübə və əyləncə mənbəyi olduğunu deyiblər.
Nəsimi rayon YAP təşkilatının fəalı Cavid Fərzullayev
Layihə her şeydən öncə gənc fəalların toplaşaraq bilik və intellektini, müxtəlif sahələr üzrə bacarıqlarını, ictimai-siyasi fikirlərini bir-birilərilə bölüşmələrinə şərait yaradır. Turda ölkənin müxtəlif təşkilatlarının üzvlərinin iştirak etməsi həm də dövlətin bölgələrdəki gənclərə olan diqqətinə bariz nümunədir. Layihə müddətində təlimlərdə, seminarlarda iştirak etdik, debatlar təşkil etdik, müxtəlif intellektual və idman yarışları keçirdik, yeni dostlar qazandıq. Başda rəhbərlik olmaqla, "Yay məktəbi"nin reallaşamasında əməyi olan hər bir kəsə təşəkkürümü bildirirəm.
Sumqayıt şəhər YAP təşkilatının üzvü Amal Əsgərov
Azərbaycanda bu kimi layihələrin keçirilməsi cənab prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının göstəricisidir. Hakim partiyanın təşkil etdiyi yay və qış məktəblərində gənclər seminarlarda və təlimlərdə iştirak edir, biliklərini artırır, səmərəli vaxt keçirir. Siyasi və sosial sahələr üzrə aparılan diskusiyalar gənc siyasətçilərin təcrübələrinin artmasına şərait yaradır, intellektual səviyyələrinin artmasında vacib rol oynayır. Layihənin iştirakçısı olduğuma görə fəxr edirəm və layihədə əməyi olanlara təşəkkür edirəm .
.jpg)
Nizami rayon YAP təşkilatının fəalı Əfsanə Sadiqova
Layihə çərçivəsində təşkil edilən seminarlarda və təlimlərdə iştirak etdim, aparılan diskusiyalarda təcrübə qazandım. Ölkə gənclərinin bir araya gələrək bu kimi uğurlu layihələrdə iştirak etməsi, intellektual səviyyələrini artırması, yeni biliklər qazanması hər bir azərbaycanlı üçün qürur vericidir. "Yay məktəbi"nin III Oğuz turunun təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm, layihədə iştirak edən dostlarıma uğurlar arzulayıram.
Binəqədi rayon YAP təşkilatının üzvu Şaiq Qəribov
"Yay məktəbi" bizə regionlardakı gənclərin inkişaf səviyyəsi, onların intellektual savadlılığı barədə məlumat toplamağa imkan verdi. Nəticə etibarilə deyə bilərəm ki, ölkənin regionlarında da bütün sahələr üzrə gənclərin inkişafı üçün yetəri qədər şərait yaradılıb və əksər gənclər bu imkanlardan yararlanmağı bacarır. Layihənin uğurlu keçməsi üçün səy göstərən rəhbərliyə və fəal gənclərimizə təşəkkür edir, hər birinə uğurlar arzulayıram.

Yasamal rayon YAP təşkilatının üzvü Nigar Səfərova
Mən bu layihəyə "Savadlı istirahət" adını vermək istərdim. Çünki eyni zamanda həm təlimlərdə, debatlarda iştirak etdik, maraqlı diskusiyalar apardıq, müxtəlif sahələr üzrə biliklərimizi bir az da artırdıq, həm də istirahət etdik. Yeni insanlarla tanış olduq, dəyərli dostlar qazandıq. Bizim üçün yaradılan şəraitə görə məsul şəxslərə minnətdarlığını bildirirəm. Gələcəkdə də "Yay məktəbi" kimi uğurlu layihələrdə iştirak etməyi arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB