İyul ayının 22-də Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının Brüsseldə iclası keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, xarici işlər nazirləri iclasda "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı məsələləri müzakirə edəcəklər: "Həmçinin xarici işlər nazirləri bu ilin noyabr ayında Vilnüsdə keçiriləcək 3-cü "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq işləri və iclasdan sonra baş tutacaq illik "Şərq Tərəfdaşlığı" nazirləri səviyyəsində görüş barədə məsələləri müzakirə edəcəklər".
Elman Abdullayev qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iclasda iştirak etmək üçün yaxın vaxtlarda Brüsselə səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB