"Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 53-54-cü maddələrində də göstərilir ki, namizəd ya öz təşəbbüsü ilə, ya da siyasi partiya və siyasi partiyanın bloku tərəfindən öz namizədliyini irəli sürə bilər. Lakin, Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülməyib". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun vahid namizədlik məsələsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, "Milli Şura" qeyri-qanuni qurumdur və qeydiyyatdan keçməyən təşkilatdır: "Bu qurum qeydiyyatdan keçsə belə, onun statusu yoxdur ki, seçki məcəlləsinə uyğun olaraq namizəd irəli sürə bilsin. Bu, qeyri-hökumət təşkilatıdır. Azərbaycanda beş mindən artıq qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. "Milli Şura"da toplaşan insanların bir hissəsinin imkanı yoxdur ki, özü vahid namizəd olsun. Çünki, digər partiyalar bunu qəbul etmir. Bu baxımdan da biz yaxın günlərdə bu qurumun dağılmasının şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB