Gülsel Səfərova: “ “Milli Şura”nın üzvləri cəmiyyətdə öz nüfuzunu itirib" AÇIQLAMA
"Bu gün parçalanmış və sosial bazası olmayan "Milli Şura" deyilən qurumun fəaliyyəti biz gənclər tərəfindən birmənalı qarşılanmır". Bunu SİA-ya Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova müxalifət nümayəndələrinin gənclərlə görüşünə münasibət bildirərkən deyib.
AGAT sədrinin sözlərinə görə, heç bir yeniliyi və fəaliyyəti ilə seçilməyən "Milli Şura"nın üzvləri gənclərlə görüşmək istəyinin olduğunu bildirir: "Azərbaycan gəncliyi hər bir siyasi oyunu hiss edir və bu oyuna getməyəcək. Bu insanlar artıq cəmiyyətdə öz nüfuzlarını itiriblər. Çünki, adıçəkilən bu qurum mövcud hakimiyyəti tənbeh və tənqid etməkdən başqa heç bir sosial və siyasi platforma ortalığa çıxartmayıb. Ona görə də bu görüşlərin nəticəsi əhəmiyyətsiz olaraq qalacaq. Azərbaycan xalqının gözü tərəzidir. Bu ilin oktyabr ayında keçirilən prezident seçkilərində də ölkə vətəndaşları öz düzgün seçimini edəcək. Beləcə, Azərbaycan xalqı həmişə olduğu kimi, bu seçkilərdə də sosial və iqtisadi inkişafa dəstək olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB