Millət vəkili: “Milli Şura” birləşdirmə formatına deyil, dağıdıcılığa xidmət edir” AÇIQLAMA

Millət vəkili: “Milli Şura” birləşdirmə formatına deyil, dağıdıcılığa xidmət edir” AÇIQLAMA

"Ümumiyyətlə, nə qardaş Türkiyədə, nə Rusiyada nə də ki Amerika Birləşmiş Ştatlarında (ABŞ) Azərbaycan üzrə Mərkəzi Seçki Komissiyası (MSK) yoxdur. Adıçəkilən ölkələrdə olan müxalifət üzvləri ölkənin gələcək hakimiyyət taleyini bu ilin oktyabr ayında Azərbaycanda keçirilən prezident seçkilərində anlayacaqlar". Bunu SİA-ya millət vəkili Zahid Oruc "Milli Şura" üzvlərinin seçkilər öncəsi xaricə üz tutaraq öz havadarlarından kömək ummasına münasibət bildirərkən söyləyib.

Deputatın sözlərinə görə, "Milli Şura" birləşdirmə formatına deyil, əksinə dağıdıcılığa xidmət edir: "Çünki bu qurum normal prinsiplər əsasında formalaşmayıb. Bu qurumda ideya vahidliyi yoxdur, komanda heyətinə cəlb olunan şəxslər isə dünənədək bir-birini ən kəskin şəkildə ittiham edən adamlardır. Bu qüvvələrin hər hansı liderin başçılığı altında ölkənin maraqlarını təmin etməsi məsələsində ciddi problemləri var. Gəlin görək, onların heç Dağlıq Qarabağ məsələsinə münasibətindən danışan var? Əlbbətə, yoxdur, Çünki, belə bir baxış sistemi mövcud deyil. Axı nəyə görə, heç kim regional münasibətlərdən, "Milli Şura"nın xarici siyasət xəttindən, ölkə daxilindəki vəziyyətə dair planlarından danışmır? Rusiyada olmaq fikri o demək deyil ki, Rüstəm İbrahimbəyov həmin ölkənin prezidenti Vladimir Putinin dəstəyini qazanıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Fəhmin Hacıyev daşıdığı düşüncələrə görə, oturuşmuş adamdır. Həmin insanlar çox gözəl dərk edirlər ki, bu vəziyyətlə uzun yol qət etmək olmaz. Hətta biz qarşıdakı günlərdə ehtiyyat şuralarının da yaradılmasının şahidi olacayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə