Xarici işlər naziri Elmar Məmmədyarov "Madrid Klubu"nun Sülh, Mədəniyyət Fondunun sədri, YUNESCO-nun sabiq Baş direktoru Federiko Mayor Zaragozanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan hökuməti və müstəqil qeyri-ticarət təşkilatı olan Madrid Klubu arasında əməkdaşlığın yaradılmasından və inkişaf etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir Elmar Məmmədyarov Madrid Klubu və Nizami Gəncəvi adına beynəlxalq Mərkəzin birgə təşəbbüsü ilə bu yaxınlarda Bakıda keçirilən konfransın işini müsbət qiymətləndirmiş, tərəflər arasında imzalanmış Beynəlxalq Əməkdaşlıq Memorandumunun əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edib.
Federiko Mayor Zaragoza çox-mədəniyyətli və tolerant ölkə kimi Azərbaycanın dünya üçün nümunə olduğunu bildirmiş, qadınların Azərbaycan cəmiyyətindəki rolunu və gender bərabərliyinin qorunub saxlanılmasını yüksək qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB