Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında qurumun Bakı, Abşeron və Sumqayıt üzrə müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, müşavirədə YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər partiya funksionerləri iştirak edib.
Müşavirədə partiyanın qarşıdan gələn prezident seçkilərinə hazırlığı, prezidentliyə namizədin qeydiyyatı ilə bağlı imzatoplama, prezident İlham Əliyevin 10 illik fəaliyyəti ərzində qazandığı uğurlar, ölkə iqtisadiyyatının inkişafı, ölkədəki ictimai-siyasi proseslər və digər məsələlər barəsində müzakirələr aparılıb.
YAP icra katibinin müavini Siyavuş Novruzov diqqətə çatdırıb ki, hakim partiya artıq prezidentliyə namizədini müəyyənləşdirib və bu, dövlət başçısı İlham Əliyevdir. Bildirib ki, tədbirin keçirilməsində məqsəd qanunvericiliyin tələbinə uyğun olaraq namizədin qeydiyyatı üçün imza vərəqələrinin doldurulması prosesini həyata keçirməkdir: "YAP öz namizədinin müdafiəsi üçün 1 milyonadək imza toplaya bilər. Seçki Məcəlləsinin digər tələblərinə görə azı 60 dairədən imzalar toplanmalıdır. Lakin YAP İdarə Heyəti qərar qəbul edib ki, bütün 125 dairədən imza vərəqələri toplanılsın".
S.Novruzov qeyd edib ki, YAP-ın Bakı, Abşeron, Sumqayıt üzrə 200 minə yaxın üzvü var və həmin ərazidən 12 100 imza toplayacaq ki, bu da partiya üzvlərinin 8 faizini təşkil edir.
Siyavuş Novruzov imzatoplama kampaniyası zamanı qarşıya çıxa biləcək problemlər, bunların aradan qaldırılması, proses zamanı digər detallar haqda danışıb.
Daha sonra Mübariz Qurbanlı seçki texnologiyaları ilə bağlı öz tövsiyələrini verib: "Seçki kampaniyasının çox mühüm mərhələləri var. Bundan sonrakı mərhələ isə təşviqat və təbliğat kampaniyasıdır. Bu mərhələdə diqqət alınası bir sıra məqamlar mövcuddur ki, təbliğat işində bunlar nəzərə alınmalıdır. Yəni YAP-ın namizədi əsasən partiyanın üzvü olan tərəfdarlarından və Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevi dəstəkləyənlərdən səs qazana bilər".
M.Qurbanlı YAP-ın prezidentliyə namizədi İlham Əliyevə səs verəcək şəxslərlə bağlı proqnozlarını da açıqlayıb. YAP rəsmisi deyib ki, onlar YAP üzvü olan 600 mindən çox şəxs, həmçinin Prezident İlham Əliyevin siyasətini dəstəkləyən milyonlarla bitərəf, başqa partiya üzvləri olanlar və digər vətəndaşlardır.
İcra katibinin müavini vurğulayıb ki, aparılan hesablamalar zamanı istər radikal, istərsə də konstruktiv müxalifət partiyalarının təmsilçiləri, yəni YAP namizədinə səs verməyəcək şəxslərin ümumi səsvermə hüququ olan şəxslərin sayının cəmi 4 faizini təşkil etdiyi müəyyənləşdirilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB