Estoniya XİN Azərbaycanın ərazi bütövlüyünü təhrif etdi AÇIQLAMA

Elman Abdullayev: “Əminəm ki, çox yaxın zamanda bu qüsur aradan qaldırılacaq”
Estoniya XİN Azərbaycanın ərazi bütövlüyünü təhrif etdi AÇIQLAMA

"Biz bu məlumatları öyrəndik. Hazırda bu haqda məlumatlar araşdırılır. Məsələ ilə bağlı Azərbaycanın Estoniyadakı səfirliyinə təlimat verilib". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Estoniya Xarici İşlər Nazirliyinin rəsmi saytında Azərbaycanın ərazi bütövlüyü təhrif edilməsi məsələsinə münasibət bildirərkən deyib.

XİN sözçüsünün sözlərinə görə, bu təlimata əsasən səfirliyimiz həmin məsələni Estoniyanın XİN-i ilə müzakirə edəcək: "Bununla da yaranmış anlaşılmazlıq tez bir zamanda aradan qaldırılacaq. Təbii ki, bununla əlaqədar Estoniya tərəfi digər ölkələrin XİN-ləri kimi Azərbaycanın bu cür məsələlərdə həssas mövqeyini çox yaxşı dərk edir. Məhz buna görə də Azərbaycan çox ciddi şəkildə bu məsələni Estoniyanın XİN-i qarşısında qaldırır. Əminəm ki, çox yaxın zamanda bu qüsur aradan qaldırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə