"Yay məktəbi" gənclər üçün həm təcrübə, həm də bilik mənbəyidir. Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı dövlətin siyasətində prioritet istiqamətlərdəndir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır. Artıq YAP Gənclər Birliyinin Oğuz "AFRA" hotelində təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" II Oğuz turu yekunlaşıb. SİA "Yay Məktəb"ində iştirak edən gənclərin düşərgə ilə bağlı təəssüratlarını oxucularına təqdim edir.
YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev:
Yeni Azərbaycan Partiyası xalqla dövlət arasında bir körpüdür. Bir gənc olaraq sevinirəmki, bu gün üzvü olduğum möhtəşəm partiyanın sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurlu gələcəyə doğru gedir. Bütün sahələrdə xalqına qayğı ilə yanaşan partiyamız və onun sədri xalqımızın ən coşqun bir parçası olan Azərbaycan gəncliyinə də xüsüsi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin sağlam gələcəyi üçün gənc siyasi liderlərin formalaşmasına töhfə vermək vermək məqsədi ilə "Yay Məktəb"ləri təşkil edib. Bu məktəbdən yararlanan bir gənc olaraq partiyamıza və onun rəbərliynə öz təşəkkürümü bildirirəm. Bütün partiyadaşlarımı bu uğurlu siyasətin aparıcı Lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram.
YAP Göygöl rayon təşkilatının Aparat rəhbəri Rəşad Veysov:
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasətini bugünkü gənclər çox ləyaqətlə davam etdirir. YAP Gənclər Birliyinin hər bir üzvü ona hansı sahədə etimad göstərilsə, yüksək səviyyədə bunun öhdəsindən gəlir. Bu gün Azərbaycan gəncliyi öz gələcəklərini partiyamızda görürlər. Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin simasında güclü liderə, uzaqgörən siyasətçiyə, güclü və təcrübəli liderə arxalanır. Oktyabr ayında gənclərimiz partiyamızın Liderinə səs verməklə gələcəklərini təminat altına almış olacaqlar.
YAP GB Hacıqabul rayon təşkilatını sədri Saleh Ələskərov:
YAP GB-nin təşkil etdiyi "Yay Məktəb"ləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin yaratdığı Azərbaycan gənclər siyasətinin həyata keçirilməsi, gənclərin ictimai fəallığının artırılması, dostluq əlaqələrinin yaranması, eyni zamanda biz gənclərin yeni biliklər əldə etməsinə öz töhfələrini verir. Qeyd edim ki, bu müddət ərzində keçirilən "Yay Məktəb"lərinin nəticəsi olaraq gənclərin dünyaya baxışı, intellektual səviyyəsi yüksəlib.
YAP GB Zəngilan rayon təşkilatının sədri Şənlik Əliyev:
Unudulmaz anlarla yadda qalan "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" II Oğuz turunda yeni dostlara, biliklərə yiyələndim. Xüsusilə layihələrin hazırlanması ilə bağlı keçirilən təlim gələcək fəaliyyətim üçün yeni yolun başlanğıcı hesab etmək olar. Zəngilan rayon gəncləri adından söz verirəm ki, bundan sonra da partiyamızın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşəcəyik. İnanıram ki, Azərbaycan xalqının hərəkətverici qüvvəsi olan gəncliyimiz oktyabr ayında keçiriləcək seçkilərdə öz sözünü deyəcək.
YAP GB Qaradağ rayon təşkilatının sədr müavini Şahmar Hüseynov:
Məndə YAP-ın fəal gəncləri ilə birlikdə olmağıma şadam. Regionda ən böyük partiya olan YAP-ın gəncləri gələcəyimizin güclü siyasətçiləridir. Bu "Yay Məktəbi"də güclü potensiala malik gəncləri gördükdə fəxarətlənib, qürur duyuram. Bu da ölkə prezidentimizin gənclərə verdiyi önəmli dəstəyin bir nümunəsidir. Oğuz "Yay Məktəbi"də və bütün YAP gənclərinə uğurlar arzulayıram.
Xətai rayon YAP GB-nin İdarə heyətinin üzvü İlyas Baqiyev:
Bu gün Azərbaycan Respublikasında müxtəlif gənclər proqramları, layihələr həyata keçirilir. Bunlardan biri də YAP GB-nin "Yay məktəbi" layihəsidir. Artıq mən neçə ildir ki, bu layihəyə qoşuluram. Bu vaxt ərzində mən dostlarımın sayını kifayət qədər artırmışam, demək olar ki, ölkənin bütün regionlarında çoxlu sayda dostlarım var. Bizə bu diqqəti göstərdiklərinə görə YAP rəhbərliyə öz minnətdarlığımı bildirirəm. Dövlətimizin bu siyasəti gənclərin fiziki, mənəvi, əqli inkişafına şərait yaradır, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək edir. Gənclərin vətənpərvərlik, dövlətçilik prinsipləri əsasında, milli-mənəvi və ümumi bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edir. Mən əminəm ki, yaxın gələcəkdə gənclərə göstərilən bu siyasətin nəticəsinin şahidi olacağıq. Artıq burdan bir çox gənclərimiz öz fəallığına görə nəinki partiyada, həmçinin respublikda fərqlənirlər.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı Əfqan Noçuyev:
İlk dəfə iştirak etdiyim "Yay məktəb"inin əhəmiyyətini sözlə ifadə etməkdə çətinlik çəkirəm. "Yay məktəb"ində iştirak edən gənclər üçün bu layihə böyük elmi-praktiki əhəmiyyətə malikdir. Keçirilən təlimlərdən, interaktiv və intellektual oyunlardan gələcək fəaliyyətimə işıq salan biliklər əldə etdim. "Yay məktəb"ində ən yadda qalan anlar Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan tədbir olub. Azərbaycan xalqı oktyabr ayında keçiriləcək seçkilərdə partiyamızın Lideri İlham Əliyevə səs verməklə daha yüksək zirvələrin fəth edilməsinə təminat vermiş olacaq.
Rahim Davudov YAP Sumqayıt şəhər GB -nın üzvü.
Prezidentimizin gəncliyə olan sevgisi və dəstəyi Gənclər Siyasətində görünür və biz gənclər bu siyasətim tam dəstəkçisiyik. YAP Gənclər Birliyinin təşkil etdiyi bütün layihələr Gənclər Siyasətinin biləvasitə tətbiqidir. YAP Gənclər Birliyinin təşkil etdiyi bu Yay Məktəbində mən ilk dəfə iştirak edirəm. Burda gördüyüm gənclik və xüsusəndə Rayon gənclərinin fəalığı göz qabağındadır. Bu bir daha göstərir ki, Prezidentimiz Cənab İlham Əliyev təkcə Bakı və ətraf ərazilərdə olan gənclərə deyil həmçinin Azərbaycanın bütün rayon və kəndlərinin gənclərinə diqqətini ayırır. Yay məktəbində tətbiq olunan layihələrdə YAP GB gəncləri kreativliyi, milli dəyərlərə qiyməti və Yeni Azərbaycan Partiyasının Siyasətinə tam şəkildə dəstəyi ilə bir daha sübut etdi ki, qarşıya qoyulan vəzifələri uğurla həyata keçirilir. İnanıram ki, biz gənclərdə partiyamızın bizə göstərdiyi etimadı doğruldacağıq. Partiyamızın təşkil etdiyi bu yay məktəbi bir gənc kimi mənə təcrübə və dostlar qazandırdı. Məhz buna gorə Partiya rəhbərliyinə bir gənc olaraq təşəkkür edirəm.
YAP Suraxanı rayon GB-nin üzvü Aytən Balazairova:
"Yay məktəb"ində ilk dəfədir ki, iştirak edirəm. Bu "Yay məktəb"i mənim üçün bir həyat məktəbi oldu. İştirak etdiyim seminar və treninqlərdə zəngin dünyagörüşünə yiyələndim. Burada dinlədiyim mühazirələr təkcə savadımın deyil, həm də intellektual səviyyəmin yüksəldilməsinə zəmin yaratdı. Hal-hazırda ölkəmizdə yüksək səviyyədə həyata keçirilən "Gənclər siyasəti"nin əsas istiqamətlərindən biri olan "Yay Məktəbi" mənə yeni dostlar və dəyərli həmfikirlər bəxş etdi.
YAP Xəzər rayon təşkilatının üzvü Günel Həsənova:
Yeni Azərbaycan Partiyası dünyanın ən güclü siyasi təşkilatlarından biridir. Partiyamızın gəncləri də günü tələblərinə uyğun olaraq öz fəaliyyətini qurur. YAP GB-nin təşkil etdiyi "Yay Məktəb"lərində ilk dəfə iştirak edirdim. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini gənclərin təşkil etməsi də onlara olan diqqət və qayğıdan qaynaqlanır. Gənclər YAP-ın sıralarına qoşulmaqla öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət etmək üçün böyük meydan görürlər. Düşərgədən yüksək təəssüratlarla geri dönürəm. Burdan qazandığım bilikləri qısa zamanda rayonumuzun gəncləri ilə bölüşəcəm.
YAP GB Binəqədi rayon təşkilatının üzvü Telman İmanov:
Yeni Azərbaycan Partiyasının fəal gənclərinin bir araya gəldiyi "Yay Məktəblər"ində iştirak həyatımda silinməz izlər buraxıb. Belə ki, düşərgəyə gəldiyim ilk andan başqa bir atmosferə düşdüm. Bütün qayğılardan uzaq, sərbəst, Oğuzun təmiz havasını udaraq istirahət etmək, eyni zamanda bir çox fəal gənclərlə siyasi diskusiyalara qatılmaq, əyləncəli oyunlarda iştirak xüsusi zövq verirdi. Düşərgədə olduğum müddətdə mən ölkəmə lazımlı biri olduğumu dərk etdim. İnanıram ki, bu düşərgədə qazandığım zəngin təcrübə və biliklər gələcək siyasi fəaliyyətimdə mühüm rol oynayacaq.
YAP GB Qaradağ rayon təşkilatının üzvü Rəna İmanova:
Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi təşkilatıdır. YAP GB də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacarıb. Ölkənin ən güclü siyasi gənclər təşkilatı olan YAP GB-nin təşkil etdiyi "Gənc liderlər-gənc siyasətçilər" "Yay məktəbi" yetişməkdə olan gənc nəslin sağlam ruhda vətənpərvər kimi formalaşmasına öz töhfəsini verir. İnanıram ki, belə görüşlər davamlı olacaq və gənclərimiz üçün müsbət nəticələrlə yadda qalacaq.
P.S: Mən də öz adımdan və düşərgədə iştirak edən digər gənclər adından Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü bildirirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB