"Bu ədalətli xanıma, Moldovanın ombudsmanı Aureliya Qriqoriuya insanlıq adına və cəsarətinə görə təşəkkür edirik. Ermənistan parlamentində, Ermənistanın Xocalıda törətdiyi soyqırımından danışmaq böyük cəsarət tələb edir. O, sözün həqiqi mənasında əsl ombudsman, əsl insan haqları müvəkkilidir!"
SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva bu mövzuya rəsmi "Facebook" səhifəsində münasibət bildirib.
Millət vəkili qeyd edib ki, Moldovanın ombudsmanı Aureliya Qriqoriu çıxış edən zaman ona qarşı edilən təhdid və təzyiqləri ermənilərin özlərinin hazırladığı video materialdan da aydın görmək olar: "Biz bütün insan haqları təşkilatlarını insan haqlarını müdafiə edən ombudsman Aureliya Qriqoriuya qarşı təzyiq və təhdidləri pisləməyə çağırırıq. Çünki Ermənistan parlamentində ermənilərin Azərbaycan torpaqlarını işğal etmələri və Xocalıda soyqırımı törətmələri barədə cəsarətli çıxışı ilə gündəmə gələn Moldovanın parlament vəkilinin (ombudsman) həyatında ciddi təhlükə var".
Qənirə Paşayeva onu da əlavə edib ki, Moldovanın parlament vəkili Ermənistandan BMT-nin dəstəyi ilə çıxarılmasını və təhlükəsizliyinə təminat verilməsini istəyir.
Qeyd edək ki, Ermənistan hakimiyyəti moldovalı vəkil Aureliya Qriqoriunu ölümlə hədələyir. Buna səbəb, Ermənistan parlamentində Qriqoriunun Azərbaycan torpaqlarının 20%-nin ermənilər tərəfindən işğalı və Xocalı soyqırımını törətmələri barədə məruzə ilə çıxış etməsi olub.
Nəticədə, Ermənistan hakimiyyəti onu ölkədən buraxmamaqla hədələyir.
Moldova ombudsmanının ünvanına bu cür təhdidləri dövlət səviyyəsində terror və söz azadlığının tapdanması kimi qiymətləndirmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB