Fransanın səfiri: “Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhvəsini verəcək” AÇIQLAMA
"Fransa hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhvəsini verəcək". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayında baş tutmayan görüşünə münasibət bildirərkən deyib.
Səfirin sözlərinə görə, əslində prezidentlərin görüşü iyun ayına nəzərdə tutulmuşdu, amma sonra bu öz təsdiqini tapmadı: "Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü oldu. Burada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vacibliyi önə çəkildi və irəliləyişlərin əldə edilə biləcəyi vurğulandı. Bir sözlə, Prezident İlham Əliyev tərəfindən yaxın gələcəkdə prezidentlərin görüşünün həyata keçirilməsi təklif olundu. Ötən ilin sentyabrında Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirilən görüş çərçivəsində də Fransanın üzərinə hansı öhdəliyin düşməsi ilə bağlı məsələ müzakirə olundu. Eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyanla da görüşdə öhdəliklərin başlıca olaraq nədən ibarət olduğu diqqətə çatdırıldı. Fransa digər dövlətlər kimi, münaqişənin həllində öz səylərini göstərib və bundan sonra da bu prosesə öz töhvəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB