Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçımız İlham Əliyev Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luk Truyensini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Son illər Azərbaycan ilə Belçika arasında yaxşı əməkdaşlıq əlaqələrinin yaradıldığını vurğulayan dövlət başçısı bu istiqamətdə səfirin fəaliyyətini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüşdə Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafı, Azərbaycan Avropa əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB