Prezident Şirvan şəhərinə 2 milyon manat ayırdı

Dövlət başçısı Aran bölgəsinin ən iri şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb
Prezident Şirvan şəhərinə 2 milyon manat ayırdı

Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sərəncamın mətnində deyilir:

"Şirvan şəhəri, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri ərazisində otuz bir min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 23,2 kilometr olan şəhərdaxili və qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Şirvan Şəhər İcra Hakimiyyətinə ayrılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə