Partiya sədri: "Milli Şuranın fəaliyyəti ilə maraqlanmıram" AÇIQLAMA

Partiya sədri: "Milli Şuranın fəaliyyəti ilə maraqlanmıram" AÇIQLAMA

"Milli Şuranın atdığı addımlar iki tayfanın, yaxud da iki qruplaşmanın mübarizə apardığı qədər maraqlı ola bilər. Çünki bu qüvvənin nə etmək istədiyi barədə məlumatım yoxdur. Buna görə də Milli Şuranın heç bir işi ilə maraqlanmıram. Faktiki olaraq bizim partiyada da Ali məclisin iclası keçirilir və müəyyən qərarlar qəbul edilir. Milli Şura həmin qərarlarla maraqlanmadığı kimi, mən də onların fəaliyyəti ilə maraqlanmıram". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Milli Şuranın bugünkü iclasında qəbul etdiyi memoranduma münasibət bildirərkən deyib.

Qeyd edək ki, bu gün Milli Şuranın "Keçid Dövrü və vahid namizədinin öhdəliklərinin hazırlanması" üzrə İşçi Qrupunun sayca 2-ci iclası keçirilib. Toplantıda ölkədə azad, ədalətli, demokratik seçki mühiti yaratmaq, hakimiyyətin demokratik və hüquqi əsaslarla formalaşdırılmasını təmin etmək üçün Milli Şuranın prezidentliyinə namizədin üzərinə götürəcəyi öhdəliklərlə bağlı memorandum layihəsi ətrafında müzakirələr aparılıb. Layihə iyulun 2-də Milli Şuranın 2-ci sessiyasının müzakirəsinə təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə