Asim Mollazadə: “ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanı təəssüfləndirir” AÇIQLAMA
"Regionu əmin-amanlıq, sülh və sabitlik nümunəsinə çevirmək istəyən Azərbaycan tezliklə sülhə nail olmalıdır". Bunu SİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu məqsədlə hər bir beynəlxalq tribunadan istifadə edərək diqqəti münaqişənin həllinə yönəldir: "Azərbaycan beynəlxalq layihələri həyata keçirərək bölgədə əməkdaşlığı təmin etmək niyyətindədir. ATƏT-in Minsk qrupunun yenidən tam tərkibdə toplantısının keçirilməsi təklifi diqqəti hələ də münaqişənin həll olunmadığına yönəldir. Hesab edirəm ki, bu toplantı baş tutsa, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri arta bilər. Hansı formatda olmasından asılı olmayaraq, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalı və sülhə nail olmaqda Azərbaycana dəstək verməlidir".
DİP sədri vurğulayıb ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həyata keçirdiyi səylər beynəlxalq hüquq normalarına əsaslanmır: "Ümumiyyətlə münaqişənin həlli məsələsi ATƏT-in gündəliyində yer almalıdır. Belə ki, ATƏT-in üzvü olan iki dövlətdən biri digərinin 20% torpağını işğal edib və bu, gündəmin müzakirə olunan məsələləri sırasında deyil. Lakin bu təşkilatın gündəliyində ilk növbədə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin icrasına uyğun olaraq, işğala məruz qalan Azərbaycan Respublikasının torpaqlarının azad edilməsi olmalıdır. Daha sonra isə münaqişənin həlli ilə bağlı digər məsələlər müzakirə oluna bilər. ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanı təəssüfləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB