YAP icra katibinin müavini: “Söyün Sadıqov sırf bazar adamıdır”

YAP icra katibinin müavini: “Söyün Sadıqov sırf bazar adamıdır”

"Bazar, kababçılıq və sair işlərlə məşğul olan, hər hansı bir ciddi siyasi təhlilə, struktura malik olmayan "Söyün Sadıqov sırf bazar adamıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos" FMM M") keçmiş prezidenti, Rusiya Milli Birlik Partiyasının təsisçisi Söyün Sadıqovun Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı son günlər Rusiyanın adından verdiyi bəyanatlara münasibət bildirərkən deyib.

YAP icra katibinin müavinin sözlərinə görə, Söyün Sadıqovun savadsız üslubda verdiyi şərhlər ara qarışdırmağa hesablanıb: "Buna görə də o, Gürcüstana gedərək qonşu ölkəni qarışdırmağa çalışır. Bir sözlə, S.Sadıqov öz biznes şəbəkəsini genişləndirmək, biznesinin toxunulmazlığı üçün hansısa dəstək əldə etmək üçün Rusiya hakimiyyətinə yarınmaq istəyir. Azərbaycan vətəndaşı olmayan və bir dəfə də olsun ölkəmizə gəlməyən Söyün Sadıqov ölkəmiz haqqında nə düşünə bilər, və ya nə danışa bilər? Onun yalnız ətrafında olan 5-6 bazar adamının arasında hörməti ola bilər. Bu insan nə Azərbaycanda, nə də Gürcüstanda hansısa hörmətə layiq deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə