Əli Əhmədov Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini, bu ölkənin Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsinin üzvü Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
SİA-nın verdiyi xəbərə görə, Ə.Əhmədov vyetnamlı qonaqları YAP-ın qərargahında salamlamaqdan məmnunluğunu bildirib. Azərbaycan ilə Vyetnam arasında sıx münasibətlərin mövcud olduğunu deyən Ə.Əhmədov bu əlaqələrin bundan sonra daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Ölkələrimiz arasında təhsil sahəsində inkişaf edən əlaqələrdən danışan Ə.Əhmədov bu istiqamətdə səmərəli əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən U.Ç.Lu Bakı Dövlət Universitetində təhsil aldığı illəri xatırladıb, o vaxtdan ötən müddətdə Azərbaycan paytaxtının xeyli gözəlləşdiyini deyib.
Qonaq diqqətə çatdırıb ki, təmsil etdiyi VKP ölkələrimizin hakim partiyaları və xalqlarımız arasında əlaqələrin bundan sonra da inkişafında maraqlıdır. Azərbaycanın və Vyetnamın hakim partiyaları arasında təcrübə və fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayan qonaq qeyd edib ki, partiyalarımızın əməkdaşlığının gücləndirilməsi xalqlarımız arasında münasibətlərin genişlənməsinə töhfəsini verəcəkdir.
Ölkələrimizin enerji sahəsindəki əməkdaşlığının əhəmiyyətinə toxunan vyetnamlı qonaq YAP nümayəndə heyətini Vyetnama səfərə dəvət edib. Dəvət məmnuniyyətlə qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB