Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi polkovnik Daniel Qrillonu və həmin ölkənin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik Kristofer Monahanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığının prioritetləri ilə əlaqədar fikir mübadiləsi aparıb. Müdafiə naziri hər iki qonağa gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB