Bu gün Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad keçirilib. Hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, xarici diplomatlar, millət vəkilləri, dövlət və hökumət rəsmiləri iştirak edib.
Azərbaycanın ikinci müstəqilliyi dövründə dördüncü olan bu paradda Müdafiə Nazirliyinin ordu birləşmələrinin, sülhməramlı qüvvələr, xüsusi təyinatlı qüvvələrin, dəniz piyadaları Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, DİN-in Daxili Qoşunlarının, FHN-in Mülki Müdafiə Qoşunlarının, MTN-in Akademiyasının şəxsi heyətləri, həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrinin kursantları iştirak edib. Paradla əlaqədar olaraq Hərbi Dəniz Qüvvələri və DSX Sahil Mühafizəsinin gəmiləri də Bakı buxtasında lövbər salıb.
Bakıda keçirilən möhtəşəm paradla əlaqədar şəhər sakinlərinin fikirlərini fikirlərini öyrəndik. SİA- şəhər sakinlərinin fikirlərini oxucularına təqdim edir.

Akif Rəhmanov - şəhər sakini
Bu gün Azərbaycan ordusunun qüdrəti gün-gündən artır. Ümid edirəm ki, güclü Azərbaycan ordusu tezliklə işğal altında olan torpaqlarımızı azad edəcək.

Şəlalə Şirinzadə - şəhər sakini
Mən Azərbaycan ordusu ilə fəxr edirəm. Paraddan keçən əsgərlərimizi və hərbi texnikanı gördükcə fərəh hissi keçirdim.

İsmayılov Meydan-şəhər sakini
Mən bütün Azərbaycan əsəgərinə güclü, qüvvətli olmağı arzu edirəm. İnşallah güclü Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad edəcək. Bu gün keçirilən hərbi parad mənfur düşmənlərimizə göz dağıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB