Hafiz Hacıyev: “Rüstəm İbrahimbəyov içki düşkünüdür, alkaşdır” MÖVQE
"Çox qəribədir ki, millilikdən təmamilə uzaq olan bir şuranı necə ola bilər ki, bəzi başıboşlar "Milli Şura" adlandırsınlar". Bunu SəsTV-yə müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri bildirib ki, digər tərəfdən də bu, qəribə görünmür. Ona görə ki, dəlidən nə doğru xəbər: "Eldar Namazov, İsa Qəmbər, Əli Kərimli, Rüstəm İbrahimbəyov nə zamandan ağıllı insan olublar ki, bunlardan ağıllı fikir də gözləyək. Məhz bunları nəzərə alaraq deyə bilərik ki, "Milli Şura" deyilən qurum yarandığı andan etibarən, artıq məlum idi ki, heç bir uğur qazanmayacaq. İndi isə hər kəs bunun şahidi olur".
"Milli Şura" deyilən qondarma qurumun ABŞ-da toplantı keçirmək istəyinə münasibət bildirən Hafiz Haciyev vurğulayıb ki, ölkəmizdə seçki ili olduğu üçün siyasi ab-hava həddən artıq qızışıb: "Bu gün əgər özünü "Milli Şura" adlandıran qurum Azərbaycan dövlətçiliyinə, xalqına xəyanət edərək öz mənafeini düşünürsə, bu o deməkdir ki, onlar özlərini daha da çılızlaşdırırlar. Mən dəfələrlə demişəm, bu gündə deyirəm ki, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Rüstəm İbrahimbəyov ölkəmizi satan insanlardır və onlar Azərbaycana düşmən olan xarici qüvvələrlə əməkdaşlıq edirlər. Onlar külli miqdarda pul alaraq, maliyyə qəbul edərək ölkənin milli maraqlarını satırlar. Bu insanların bu gün ki, fəaliyyətlərinin bircə məqsədi ondan ibarətdir ki, Azərbaycanı, Azərbaycan xalqını öz şəxsi mənafelərinə qurban verirlər. Ə.Kərimov, İ.Qəmbər hakimiyyətə gəlmək üçün xalqı parçalamağa, iğtişaşlar yaratmağa, ölkəni bölməyə, qardaş qanı axıtmağa hər zaman hazır olub indi də bu istəklə yaşayır. Azərbaycanın çörəyini yeyib sonra bu ölkəni, xalqı satanların gözündən gəlsin yedikləri çorəklər. Bunlar hamısı dilənçidirlər. Azərbaycana düşmən olan xarici qüvvələrdən dilənib pul alırlar. Onlarda öz maraqlarını həyata keçirmək üçün bunların qarşısına yal atırlar. Onu da qeyd edim ki, mən bu quruma "Milli Şura" yox satqınlar şurası deyirəm. Bu satqınlar şurasında təmsil olunanların hamısı satqındır. Mən bunları sübut etməyədə hazıram. Məsələn, R.İbrahimbəyov açıq-aşkar Azərbaycanı sevməyən bəzi qüvvələrə satqınlıq edir. Ona satqınlığı qarşılığında xarici ölkələrdə evlər, maşınlar verilib. İ.Qəmbər də, Ə.Kərimli də satqındı. Onlarda hələ əvvəldən müxtəlif dövlətlərdə yerləşən Azərbaycanı sevməyən qüvvələrə satılıblar. Bu insanların Azərbaycanda yaşaması, bu ölkənin çörəyini yeməsinə imkan vermək olmaz. Bütün hər kəs birləşməli və belə insanları ölkədən qovmalıdır. Biz canımızla, qanımızla Cənab Prezident İlham Əliyevi qorumalıyıq. Lakin xəyanətkar müxalifətçilərə isə layiqli dərslərini verməliyik".
MMP sədri Elçibəy hakimiyyəti dövründə "demokratların" 9 dövlətin razılığı ilə hakimiyyətə gəldiklərini, bu gün isə daha çox qüvvələrin dəstəyi ilə hakimiyyətə gələcəkləri fikrinə münasibət bildirərək deyib ki, bu insanlar heç vaxt dəyişməyəcəklər: "Bu insanlar ən böyük xəyanətkarlardırlar. Əbülfəz Elçibəyi zəhərləyib öldürən Ə.Kərimlidən, xarici ölkələrə satqınlıq edən İ.Qəmbərdən heç nə gözləmək olmaz. Bu insanların anormal, səviyyəsiz, mənasız fikirləri heç vaxt dəyişən deyil. Ümumiyyətlə, xarici dövlətlərin, qüvvələrin köməyi ilə hakimiyyətə gələnlər, hakimiyyətdə uzun müddət qala bilməzlər. Məhz buna görə də vaxtı ilə Elçibəy hakimiyyəti uzun sürmədi. Hakimiyyətə xalqın dəstəyi ilə gəlmək lazımdır. Yalnız xalqın dəstəyi ilə hakimiyyətə gələrək ölkəni idarə etmək olar. İ.Qəmbərlər, Ə.Kərimlər, E.Namazovlar isə xalqın dəstəyindən təmamilə məhrum olublar. Çünki xalq satqın insanları heç vaxt dəstəkləmirlər".
H.Hacıyev bildirib ki, Azərbaycan sürətlə inkişaf edir və bundan sonra da ölkəmiz Cənab Prezident İlham Əliyevin başçılığı ilə daha da yüksək səviyyədə və daha da sürətlə inkişaf edəcək: "Məhz buna görə də xalqımız Prezident İlham Əliyevi dəstəkləyib və dəstəkləyəcək. Bütün dünya bilir ki, Prezident İlham Əliyev müstəqil siyasət yürüdür. Bilmək lazımdır ki, İ.Qəmbər, Ə.Kərimli heç vaxt hakimiyyətə gələ bilməz və müstəqil siyasət yürüdə bilməz. İ.Qəmbər, Ə.Kərimli, R.İbrahimbəyov hakimiyyətə gəlsələr Qarabağı Ermənistana verəcəklər. Çünki bunlar öz mənafeiləri naminə hər çirkin işə əl atmağa hazırdırlar. Əmin olun ki, R.İbrahimbəyov tam səmimiyylə Qarabağı Ermənistana verməyə hazırdır. Onun hakimiyyətə gəlmək istəməsinin bir səbəbi də bu çirkin əməli yerinə yetirmək istəməsidir".
Əli Kərimli və İsa Qəmbər Rüstəm İbrahimbəyov "proyekt"ini nədən dəstəklədilər, sualına aydınlıq gətirən H.Hacıyev bildirib ki, onlar görür ki, Azərbyacan xalqı bunları qəti şəkildə qəbul etmir: "Onlar görürlər ki, hansısa aksiya keçirmək istədikləri vaxt insanlar bunların arxasınca getmir. Gördülər ki, xalq heç bir seçkidə bunlara səs verməyib və verməyəcək. Bütün bunlardan sonra onlar başladılar yenə də harda çirkin, anormal fikirlər, qurumlar varsa onları dəstəklədilər və bunu etməyə məcbur qaldılar. İndi də gedib qoşulublar R. İbrahimbəyov kimi qoca, ağılsız birinə. O qoca ağılsız da özünü elə aparır ki, güya bu uzun illərin siyasətçisidir. Bu yazıq ağlını itirib, nə etdiyini, nə danışdığını, nə düşündüyünü bilmir. Məndə olan məlumata görə R. İbrahimbəyov həm də içki düşgünüdür, alkaşdır. Belə insandan hansısa fayda gözləmək ağısızlıqdır".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB