Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "SAF Həyat Naminə" Gənclər İctimai Birliyi tərəfindən Yeni Azərbaycan Partiyasını Gənclər Birliyinin ofisində "Mən-Universal könüllüyəm" (Könüllülük mədəniyyətinin sistemli öyrədilməsi) layihəsi həyata keçirilib. SİA-nın verdiyi xəbərə görə, layihənin təlimçisi YAP GB ofisinin rəhbəri Sərraf Balaxan bildirib ki, bu gün Azərbaycan aparılan uğurlu siyasət nəticəsində hərtərəfli şəkildə inkişaf edir, dünya dövlətləri və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığını sürətlə genişləndirir: "Bunun səbəbidir ki, ölkəmiz hər il onlarla beynəlxalq səviyyəli tədbirlərə, konfranslara, forumlara, mədəni-kütləvi və idman yarışlarına ev sahibliyi edir. Həmçinin ölkəmizdə insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülür, gənclərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi üçün layihələr həyata keçirilir. Bütün bu göstərilən məsələlərdə böyük iş qüvvəsindən istifadə olunmaqla yanaşı, alternativ qüvvənin cəlb olunmasına da böyük ehtiyac vardır. Bu alternativ qüvvə isə könüllülərin fəaliyyətindən ibarətdir. Dünya praktikasında könüllülük fəaliyyətindən çox geniş şəkildə istifadə edilir. Məsələn Qərbi Avropa və Amerikada könüllülük fəaliyyətinin nəticəsində son bir neçə ildə xərclərə milyon dollarla qənaət edilmişdir. Bu gün könüllülük fəaliyyətindən ölkəmizdə də istifadə edilir. Lakin bu sistemli şəkildə ayrı-ayrı könüllülər qruplarından ibarət olarsa, görülən işlər daha effektiv və səmərəli ola bilər".
S.Balaxan bildirib ki, layihədə təşkilatın fəaliyyətində fərqlənən və ya digər sahələrdə aktiv fəaliyyətlə məşğul olan gənclər seçilərək onlardan ibarət daimi könüllülər komandası formalaşdırılacaq: "Bu komandaya layihənin icrası müddətində 5 gün ərzində könüllülük fəaliyyəti ilə bağlı təlimlər keçiriləcəkdir. Bu təlimlərdə könüllülük fəaliyyətinin faydaları, onlar üçün yarada biləcəyi imkanlar, ölkəmizdə könüllü fəaliyyətin qanunla tənzimlənməsi haqqında biliklər veriləcək".
Tədbirin sonunda təlimlərdə iştirak edəcək qrupun siyahısı tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB