Nazim İbrahimov: “Bəzi məsələlərə yanaşma tərzimizi dəyişməliyik” AÇIQLAMA
"Bu gün türk dünyasının tarixində əhəmiyyətli gündür. Uzun illərdir Ümummilli lider Heydər Əliyevin arzusu olan ideya gerçəkləşməyə başlayır. Prezident İlham Əliyevin dəstəyi və bu işə ardıcıl şəkildə nəzarəti ilə türk dünyasının birliyində xüsusi addımlar atılmağa başlayıb. Türkdilli dövlətlərin üzvləri və həmin dövlətlərin diaspor təşkilatlarının I Bakı Forumunu baş tutmuş hesab etmək olar". SİA-nın məlumatına görə, bunu Diasporlarla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu haqqında fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, Foruma dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə dəvət edilib: "Onların əksəriyyəti Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir. Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, mədəniyyət və digər yaradıcı qurumlarından nümayəndələr qonaq qismində iştirak edəcək. Bu türk dünyasının birliyi istiqamətində atılan mühüm addımlardan biridir. Bundan sonra da Azərbaycan və digər üzv ölkələrin diasopor təşkilatları bir olaraq qarşımıza çıxan problemlərdə birlik nümayiş etdirib gücümüzü birləşdirəcəyik".
Ukrayna azərbaycanlılarının konqresinin rəhbərliyi ilə bir müddət əvvəl yaranan problemin necə həll olunması məsələsinə aydınlıq gətirən komitə sədri bildirib ki, azərbaycanlıların heç bir ölkədə problemi yoxdur: "Biz sadəcə bəzi məsələlərə yanaşma tərzimizi dəyişməliyik. 100 minlərlə insanın yaşadığı ölkədə çox təşkilatlar və fikir ayrılıqları mövcuddur. Bununla yanaşı, eyni məsələyə müxtəlif yanaşmalarda ola bilər və bu da realdır. Əsas məsələ odur ki, hər bir azərbaycanlı Azərbaycan ətrafında sıx birləşsin və prezident İlham Əliyevi dəstəkləsin. Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyən işlər görsünlər. Texniki məsələlər isə bu qədər qabarıq şəkildə gündəmdə saxnılmamalıdır. Fikir ayrılıqları labüddür və belə olduğu halda rəqabət də mövcuddur. Belə yerdə isə azərbaycanlılar daha aktiv fəaliyyət göstərməlidir, çünki rəqabət olan yerdə hər zaman inkişaf var. Bu səbəbdən mətbuat orqanlarında belə cılız yazıların işıqlandırılması gələcəkdə Diaspor komitəsinin fəaliyyətinə kölgə salmış olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB