Mütəllim Rəhimli: "Bu cür düşünənlər siyasi xəyanətkar hesab edilir"
AXCP sədri Əli Kərimli hər zaman gülünc, yersiz bəyənatları ilə tanındığı üçün ondan hansısa ağıllı fikir, ideya gözləmək olmaz. Bu fikrimizi öz yeni açıqlaması ilə bir daha təsdiq edən AXCP sədri, prezident seçkilərində onsuzda ağır və biyabırçı məğlubiyyətlə üzləşəcəyini artıq indidən bildiyi üçün seçkidən sonra qarşısına qoyduğu məqsədlərə nail olmayacağı təqdirdə İngiltərənin paytaxtı London şəhərinə köçüb orada yaşamaq istəyi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirib.
Ə.Kərimlinin bu fikrinə münasibət bildirən müsahiblərimiz, "AXCP sədri Əli Kərimli bəyan edib ki, bu seşki ilində qarşısında dayanan bəzi məqsədləri var. Əgər bu məqsədlərə nail olmasa seçkidən sonra Londona köçün orada yaşamaq üçün beynəlxalq təşkilatlara müraciət edəcək. Maraqlı deyilmi ki, öz ideyalarını reallaşdıra bilməyən bir partiya sədri belə bir anormal qərar qəbul edir" sualını cavablandırdılar.
Ədalət Partiyasının aparat rəhbəri, Mütəllim Rəhimli:
- Hər bir partiya sədri rəhbərlik etdiyi quruma özünün şəxsi mülki kimi baxanda həm dediklərinin, həm də hərəkətlərinin məsuliyyətini hiss etmir. Məsuliyyət hissinin itirilməsi, həmçinin nəhayətsiz səlahiyyətlər partiya nizamnaməsindən üstün şəxsi iradəni formalaşdırır ki, bu da bir çox siyasi qurumların avtoritar təşkilatlata çevrilməsinə gətirib çıxarıb. Məncə, bu səbəbdəndir ki, bizim bəzi siyasi qurumlarda fraksiyalar yoxdur. Bu cür düşünənlər siyasi xəyanətkar hesab edilir, ya üzvülükdən çıxarılır, ya da elə mənəvi, psixoloji təzyiqlərlə üzləşirlər ki, özləri getmək məcburiyyətində qalırlar. Ona görə də, bəzi partiya sədrləri, adətən, qərar verərkən qrup və milli maraqları deyil, şəxsi ambisiyalarını ön plana çəkirlər. Məsuliyət hissi unudulur, şəxsi dİvidentlər önə çıxır. Bütün dünyada maraqlar bu şəkildə sıralanır: milli, qrup, şəxsi. Təəssüf ki, Azərbaycanda bəzi müxalifət partiya sədrləri bu ardıcıllığı əksinə başa düşür və tətbiq edirlər. Onlar üçün yalnız şəxsi maraqlar önəmlidir. Amma onlar qəbul etməlidirlər ki, özlərinin eqolarından başqa partiyalarının üzvləri olan insanlar var ki, ümidlərini, arzularını, perspektivlərini məhz bu şəxlərə bağlayıblar. Ona görə də, cavabdehlik və hesabatlılıq hissinin tamamilə itirildiyi halda istənilən partiya sədri üzv və tərəfdarlarını istədiyi vaxt yarı yolda, obrazlı desək, oriyentirləri itirilmiş səhranın ortasında qoyub gedə bilər.
Azərbaycan Gənc Alim, Aspirant və Maqistrlar Cəmiyyətinin sədri, İlqar Orucov:
- AXCP sədrinin Londona köçmək niyyətində olması çox anormal bir haldır. Bildiyimiz kimi bu il ölkəmizin ictimai-siyasi həyatında olduqca müstəsna əhəmiyyət kəsb edən hadisə - prezident seçkiləri keçiriləcəkdir. Əli Kərimli və müxalifətin digər radikal qanadında dayananlar artıq özləri də başa düşürlər ki, onlar çoxdan Cənab Prezident İlham Əliyevlə siyasi mübarizədə uduzublar və indidən bu dəfəki məğlubiyyətlərinə haqq qazandırmaq məqsədilə keçiriləcək seçkiyə anti-demokratik imici formalaşdırmaq niyyətlərini gizlətmirlər. Seçkilərə hələ bir müddət qaldığı halda hansısa planlarının həyata keçməyəcəyi təqdirdə mühacirət həyatına üz tutmaq, həm də məhz seçkidən sonra bu addımı reallaşdırmaq istəyinin arxasında yenidən gündəmdə qalmaq və eyni zamanda güya Azərbaycanda üzləşdiyi hansısa təzyiqlərə görə bu yolu seçdikləri fonunu qatmaq istəyi durur. Həm də bu halda artıq beynəlxalq təşkilatlardan daha da böyük məbləğdə ianələr və yardımlar almaq məqsədi aydın görünür.
Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və hakimiyyətə gəlməyin bir yolu var, bu da seçkilərdir. Artıq 20 ildən çoxdur ki, bu günkü radikal müxalifət xalqdan heç bir dəstək ala bilmir və özləri də yaxşı başa düşürlər ki, belə bir dəstəyi qazana bilməyəcəklər. Çünki, xalq məhz bu insanların hakimiyyətdə olduğu illəri yaxşı xatırlayır, ölkəmizin düşdüyü ağır və acınacaqlı vəziyyəti unutmayıb və xalq onu da yaxşı xatırlayır ki, Azərbaycanın düşdüyü böhranlı və acınacaqlı vəziyyətin, xaosun, özbaşınalığın, sistemsizliyin və anarxiyanın səbəbkarları bu gün yenə də siyasi anbitsiyalarından geri çəkilməyən uğursuz Əli Kərimlilər, İsa Qənbərlərdir.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB