Siyavuş Novruzov: "Rüstəm İbrahimbəyov heç bir saat da siyasətlə məşğul olmayıb" AÇIQLAMA
"Milli Şura"nın özü bir dərnəkdir. Yəni, onu təşkilat hesab etmək olmaz". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP icra katibinin müavininin sözlərinə görə, hər təşkilat, partiyadan üç-dörd nəfər toplaşıb, burada guya hansısa milli dəyərlərə, millətin maraqlarının müdafiəsinə çalışır: "Bu adamların öz siyasi partiyalarında hörmətləri olmadığına görə, onlar başqa-başqa təşkilatlarda öz namizədliklərini irəli sürmək istəyirlər. Bu da təbii ki, mümkün olan məsələ deyil, çünki orada vahid namizəd məsələsi olmayacaq. Həmin təşkilatda olan insanlar o qədər iddialıdır ki, onlara heç bir etimad yoxdur. Onlar bir ilin içində bir neçə ad dəyişib, ayrı-ayrı təşkilatlar yaradıblar, hərəsinin də ömrü iki ay sürüb və heç bir effekt verməyib".
Rüstəm İbrahimbəyovun vahid namizəd olacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən S.Novruzov qeyd edib ki, R.İbrahimbəyov heç bir saat da siyasətlə məşğul olmayıb: "Bu insan olsa-olsa ancaq rejissor, ssenarist ola bilər. O, nə dövlət xadimi, nə idarəçi, nə siyasi partiya rəhbəri olmayıb və bundan sonra da olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB